Aktyor Kənan İmirzalıoğlu ilə ailə qurmağa hazırlaşan aktrisa Sinem Kobal dünən paparassilərin hədəfinə düşüb. Modelyer Selma Çileyin atelyesinə gələn Sinem başıaşağı və fikirli olub. Qəflətən jurnalistləri görən aktrisa "qorxudan ödüm partladı" deyərək reaksiya verib. Sinemin depressiv halı gözdən qaçmayıb. Onun bu görüntüsü toy hazırlıqları ilə əlaqələndiriblər.
Qeyd edək ki, cütlüyün toyunun mayın 21-də baş tutacağı deyilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.