banner
banner

İdman

“Qarabağ”dan avroliqaya şərəfli və şok vida

“Qarabağ”dan avroliqaya şərəfli və şok vida

Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, sonuncu turun oyunlarından sonra 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb. Ağdam klubu doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşıb. “İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün bugünkü qarşılaşma həlledici idi.

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.

"Qarabağ" - "İnter" matçı qolsuz bərabərliklə başa çatıb - 0:0. Qarşılaşmanın 90+4 dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeydanın təmiz qolunu hakim qeydə almayıb. Bu nəticə ilə "Qarabağ" avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyundan “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğıub olub.

 


11 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

21:00.“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) - 0:0
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek ( Çexiya)


"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Riçard Almeyda, Qara Qarayev, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov, Namiq Ələsgərov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli, İlqar Qurbanov, Cavid Tağıyev, Namiq Yusifov, Hacı Əhmədov

"İnter": Karrizo, Andreolli (k), Mvila, Dambrosio, Hüqo Kampanyaro, Mbaye, Donkor, Joel Obi, Rene Krhin, Pablo Osvaldo, Federiko Bonazzoli


Ehtiyat oyunçular: Kosta, Berni, Skiakka, Dimarko, Baldini, Andrea Palazzi



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.