banner
banner

Dünya

Gürcüstanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub

Gürcüstanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub
Fevralın 11-də Tiflisdəki İran İslam Respublikasının səfirliyinin təşkilatçılığı ilə ölkənin milli bayramı-İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri İranın Gürcüstandakı səfiri Abbas Talebifar açaraq İslam İnqilabının tarixindən söhbət açaraq, qeyd edib ki, İran həmişə Gürcüstanın dostu olub və onun ərazi bütövlüyünü tanıyıb, indən belə də onun yanında olacaq.
 
Sonra Gürcüstan xarici işlər nazirinin müavini David Çalaqaniya şıxış edərək İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə ürək sözlərini və təbrikini söyləyib.
 
Bayram tədbirində Gürcüstan parlamentinin sədri David Usupaşvili, digər nazirlər, diplomatik korpus nümayəndələri, Kvemo Kartli bölgə qubernatoru,  gürcü və müsəlman din xadimləri, müxtəlif QHT rəhbərləri, jurnalistlər iştirak ediblər.
 
Sonda bayram süfrəsi açılıb.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.