Bosniya-Herseqovinanın ali məhkəmə orqanı məhkəmələrdə və digər hüquq orqanlarında baş örtüyü və ya digər dini simvollar gəzdirməyə qadağanı qüvvədə saxlayıb. Qərar fevralın 11-də elan olunub. Həftəsonu paytaxtda və digər şəhərlərdə bu qadağaya etirazlar keçirilmişdi.
Qadağa hakimlərə və Bosniya ədliyyənin digər işçilərinə aiddir. Ancaq hicab xüsusi qeyd olunur. Bu qadağa hələ oktyabrda elan olunub. Ancaq iki həftə öncə qüvvəyə mindiyindən ciddi tənqid və kütləvi etirazlar doğurub.
Ən böyük etiraz fevralın 7-də Sarayevoda keçirilib. Daha çox qadınlardan ibarət 2 min nəfər hicab geyinmək hüququna dəstək nümayişinə çıxıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.