İŞİD və digər terror qruplaşmaları bir ay ərzində 5000-dən artıq adam öldürüblər.
ANS PRESS-in məlumatına görə, bu rəqəm BBC Dünya Xidməti və “Kings College London”un birgə araşdırmasında qeyd edilir.
Araşdırmaya əsasən 14 ölkədə baş verən 664 terror aktı nəticəsində 5042 insan həyatını itirib. Teror aktlarınının 80 faizi İraq və Suriyanın payına düşür və hücumların böyük hissəsini İŞİD qruplaşması həyata keçirib.
Qeyd edək ki, digər aylar kimi bu ay da terror aktlarında həlak olanların çoxu dinc sakinlərdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.