banner
banner

Gündəm

Keçmiş nazirlə vida mərasimi yaşadığı evdə olacaq

Keçmiş nazirlə vida mərasimi yaşadığı evdə olacaq

Fevralın 15-də dünyasını dəyişmiş Azərbaycanın görkəmli yazıçılarından biri, tənqidçi və publisist, incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycanın və Sovet İttifaqının dövlət xadimi Gülrux Əlibəyli bu gün dəfn ediləcək.

Bu barədə "Report"-a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Rauf Aslanov tanınmış yazıçı ilə vida mərasiminin yaşadığı evdə olacağını deyib.

Mərhum yazıçının cənazəsi saat 15.00-də evindən götürülərək, Yasamal qəbristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb. Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux Əlibəyli "Axtarışlar, tapıntılar", "Daim yolda", "Düşünən dünyamız", "Cırpınan Dünyamız", "Dəyişən Dünyamız", "Dağılan Dünyamız" kimi 20 kitabın müəllifidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.