banner
banner

Sağlamlıq

Addım-addım xərçəngə aparan qidalar

Addım-addım xərçəngə aparan qidalar

Bu gün "fast food", dönər və s. kimi qidalar, o cümlədən, enerji içkiləri insanlar tərəfindən geniş istifadə olunur, lakin əksəriyyət bu qidaların insan orqanızmi üçün nə qədər zərərli olduğundan, hətta onkoloji xəstəliklərə yol açdığından xəbərsizdir, ya da fərqinə varmır.

Məsələyə münasibət bildirən Leyla Şıxlinskaya Klinikasının baş həkimi, invaziv qastroenteroloq, hepatoloq İlqar Alışov bildirib ki, insanların bu kimi qidalardan geniş istifadəsi son dövrlərdə mədə-bağırsaq xəstələrinin sayının xeyli artmasına səbəb olub.

İ.Alışov deyib ki, gənclərin "fast food" qidalarından daha çox istifadə etməsi və təbii qidalara üstünlük verməməsi mədə-bağırsaq sistemində kəskin xoralar, iltihabi proseslər yaradır və beləliklə, mədə-bağırsaq xəstələrinin, o cümlədən qaraciyər xəstələrinin sayı artır.

Həkim, xüsusən gənclər tərəfindən geniş istifadə olunan dönərin mədəyə xeyli ziyan olduğunu da qeyd edib. O bildirib ki, dönər hazırlamaq üçün əti qızardan zaman yaranan ərp xərçəng xəstəliyi riskini artırır.

İ.Alışov bu məsələlərlə bağlı tövsiyələrini də verib: "İnsanlar "fast food" qidalarından daha az istifadə etsinlər, daha çox təbii qidalardan, o cümlədən meyvə-tərəvəzdən istifadə etməyə üstünlük versinlər. Kökəlməməyə diqqət edilməlidir. Çünki köklük mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biridir".

İ.Alışov, həmçinin energetik içkilərdən istifadə etməməyi tövsiyə edib. O, qeyd edib ki, bu içkilər mədəyə ciddi ziyan vurur.

Bununla yanaşı, qastroenteroloq mədə-bağırsaq xəstəliklərinin gəncləşdiyini də diqqətə çatdırıb: "Əvvəllər xora xəstəliyini 5, 6, 12 yaşda müşahidə edirdiksə, indi bu xəstəlikləri 2-3 yaşlı uşaqlarda da müşahidə edə bilirik. Burada irsi amillər də mövcuddur. Dəfələrlə rastlaşmışam ki, atada, babada və nəvədə eyni xora xəstəlikləri və çoxunda da irsi olaraq eyni yaşlarda müşahidə edilib. İndiki qidalanma nəticəsində isə bu xəstəliklərə daha erkən yaşlarda rast gəlirik".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.