Azərbaycanda fəaliyyət göstərən qəzetlərdən birinin kollektivi buraxılıb.
“Həftə içi” qəzetinin 10-a yaxın əməkdaşı maliyyə problemlərinə görə işdən çıxarılıb.
Qəzetin də, onun tərkibində olan hafta.az saytının da redaktorları daxil olmaq, bütün müxbirləri kollektivdən uzaqlaşdırılıb.
Hazırda “Həftə içi” qəzeti 1 redaktor, hafta.az saytı isə 1 adminlə fəaliyyətini davam etdirir. Media orqanının tamamilə bağlanacağı barədə məlumatlar da yayılıb.
Qəzetin əməkdaşları - Vüsal Tağıbəyli, Qələndər Muxtarlı, Təbriz Vəfalı, Sevinc Osmanlı, hafta.az saytının redaktoru Səbinə Əvəzqızı, müxbirlər – Tural Turan və Xəyal Əzizov işdən çıxarılıb.
Onların əksəriyyəti hələ də işsizdirlər.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova zənglərə cavab vermədiyi üçün məsələyə münasibət öyrənə bilmədik.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.