banner
banner

İdman

Zidan ilk qələbəsindən danışdı

Zidan ilk qələbəsindən danışdı

"Real" (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Roma"ya qalib gəldikləri oyun haqda danışıb.

Cia.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis komandasının oyunundan və nəticədən razı qaldığını bildirib:

"Komandamın oyunundan və nəticədən razı qaldım. Matçın çətin keçəcəyini bilirdik. İlk hissədə rəqib ciddi təzyiq etdi. Ancaq sonadək mübarizə apardıq və Romadan sərfəli nəticə ilə qayıdırıq. Ronaldoya gəlincə o, möhtəşəm idi. Digərləri də həmçinin. "Real"da olduğum üçün xoşbəxtəm və komandamın inkişaf etdiyini sübuta yetirməyə çalışıram".

Qeyd edək ki, "Roma" üzərindəki qalibiyyət (2:0) Zidanın "Real"ın baş məşqçisi kimi Çempionlar Liqasında ilk qələbəsi olub.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.