banner
banner

Dünya

Ankara terroru dünya mətbuatında

Ankara terroru dünya mətbuatında
Türkiyədə baş verən qanlı hadisəni dünya mətbuatı “son dəqiqə” xəbəri olaraq yayımlayıb.
 
İngiltərənin "Reuters" agentliyi yazır: “Ankarada böyük bir partlayış meydana gəldi. Polisin verdiyi məlumata görə, terrorçular maşını partladıblar. Çox sayda ölən və yaralananlar var”.
 
Fransanın AFP xəbər agentliyi: “Türkiyənin paytaxtı Ankarada böyük partlayış hadisəsi yaşanıb. Bölgədən havaya tüstü kütləsi yüksəlib. Son məlumata görə, 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb”.
 
BBC: “Sosial mediada yayılan fotolarda partlayışdan sonra tüstünün yayıldığı nəzərə çarpır. Türkiyə son vaxtlarda ciddi hücumlara məruz qalır. Ötən ay İstanbulda 10 nəfərin öldüyü hücumu misal göstərmək olar”.
 
"Welt" qəzeti: “Türkiyənin paytaxtı Ankarada şiddətli partlayış meydana gəlib. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları göndərilib. Çox sayda ölən və yaralanan var”.
 
"Frankfurter Allgemeine Zeitung" yazır: “Türkiyənin paytaxtı Ankarada şiddətli partlayış meydana gəlib. Hərbi maşının partladılması ilə həyata keçirilən terror hücumunda çox sayda ölən və yaralanan olub. Ötən il baş verən terror hücumunda da çox insan həyatını itirmişdi”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.