Çox evdə istifadə edilən kolonyalar beyin üçün təhlükə yaradır.
Kolonya istifadəsinin sağlamlığa necə təsir göstərdiyini bilirsinizmi? Aile.lent.az bu dəfə kolonyanın daşıdığı risklər barədə məlumat verəcək.
Bəzi kolonya istehsalçılarının “etil” spirti yerinə zəhərli kimyəvi məhsullardan təmizlənməmiş “metil” spirti istifadə etməsi əhali üçün ciddi risk yaradır.
Bilməlisiniz ki, keyfiyyətli kolonyolarda “etanol” adlanan etil spirti istifadə edilir. “Metanol” adlanan metil spirtidir. İçində zəhərli kimyəvi maddələr olur və bu spirt növü xüsusən ucuz kolonyaların tərkibində istifadə edilir.
Keyfiyyətli kolonya su, etanol və aromatik yağlardan hazırlanır. Etanol həcmcə 80-90 dərəcə arasında dəyişir. Həcmcə yüzdə neçə etanol tərkibli olduğu kolonyanın üzərində A olaraq göstərilir. Yaxşı bir limon kolonyasının spirt dərəcəsi ən yaxşı halda 80 olmalıdır. Qoxularda spirt dərəcəsi 60 olmalıdır.
Sərinləmək və təmizlik məqsədilə istifadə etdiyimiz kolonyaların tərkibində olan maddələr bədənimizə tənəffüs və dəri yolu ilə girir. Bunlar geri dönüşü olmayan problemlər yaradır. Metanoldan hazırlanan bu kolonyanı burnunuza çəkdiyinizdə isə yüz minlərlə beyin hüceyrələriniz ölür. İstifadə edilən kolonya başda beyin olmaqla ciyərlər və dəri üzərində də mənfi təsirlər yaradır. Odur ki, kolonya alarkən ehtiyatlı olun!
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.