banner
banner

Dünya

12 min adam ölüb - ŞOK

12 min adam ölüb - ŞOK

Terrorizm və zorakılıqlar nəticəsində İraqda sentyabr ayında 1100 insanın həyatını itirdiyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin İraqdakı missiyası hesabatında keçən ay ərzində 854 mülki və İraq təhlükəsizlik qüvvələrinin 265 üzvünün həlak olduğunu bildirib.

2014-cü ilin ilk doqquz ayı əzrində isə təxminən 12 min insanın öldürüldüyü deyilir. Bu, təxminən keçən iki il ərzində itkilərin sayı qədərdir.

Ölüm hallarının İslam Dövləti qrupunun İraqın şimal və qərb hissələrini ələ keçirməsi nəticəsində baş verdiyi bildirilir. İyun ayında İraq ordusunda itkilərin sayı 900 olaraq göstərilib.

Sabiq baş nazir Nuri Əl-Məliki hökuməti ölkədə baş verən zorakılıqlara qarşı mübarizə apara bilməyib. Nuri Əl-Məlikinin tənqidçiləri onun başçılıq etdiyi hökumətin yeritdiyi siyasət nəticəsində ölkədə təriqətlərarası münaqişələrin qızışdığını, kürd və digər azlıqlıarın maraqlarının qorunmadığını bildirirlər.

Keçən ay İraq parlamenti Heydər Əl-Abadini cənab Malikinin yerinə təyin edib. ABŞ İraq hökumətinin maraqlarının qorunması məqsədilə İslam Dövləti qrupuna qarşı hava hücumları keçirməyə başlayıb.

Bu həftə Bağdadda əsasən şiələrin məskunlaşdığı ərazidə bomba hücumu nəticəsində 35 nəfər öldürülüb. Digər bomba hücumları Kərbala, İsgəndəriyyə və Nəcəf şəhərlərində baş verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.