banner
banner

Sosİal

“Çudo Peçka”da maaş davası

“Çudo Peçka”da maaş davası
Bu günlərdə “Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılıb.  Öncə qeyd edək ki, “Çudo Peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə  sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo Peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi. 
 
Manatın ikinci devalvasiyasından sonra ölkədə yaranan iqtisadi vəziyyət “Çudo Peçka” mağazalar şəbəkəsinə də təsirsiz ötüşməmişdi. Belə ki, ötən aylarda ard-arda olaraq şəbəkənin metronun “Nəriman Nərimanov” və “Elmlər Akademiyası” yaxınlığında yeni açılan mağazaları bağlanmışdı. Digər mağazalarda isə işçilərin sayında ixtisarlar edilmişdi.

“Çudo Peçka”nın köhnə sahibinə qaytarılmasından sonra oradakı mövcud vəziyyəti öyrənmək üçün şəbəkənin paytaxt ərazisində olan kafe-mağazalarında olduq. 
Kafe-mağazaların əməkdaşlarından biri “Yeni Müsavat”a söylədi ki, onlar Çingiz Cəlilovun yenidən şəbəkənin rəhbəri vəzifəsinə qayıtmasına çox sevinirlər. Çünki son günlər kafe-mağazalarda vəziyyət ürəkaçan deyilmiş: “İşçilərin ixtisarından sonra bir adam iki-üç nəfərin yerinə işlədilir. Günün 8 saat yarımını işləyirik. Ancaq maaşımız çox azdır. Az olmağı bir yana, heç vaxtında da verilmir. Hazırda işçilərin qalıq  maaşını kimin verəcəyi köhnə və yeni rəhbərlik arasında müzakirə mövzusudur. Yeni rəhbərlik bildirir ki, işçilərin bu vaxta qədər verilməyən maaşını köhnə rəhbərlik ödəməlidir. Onlar isə ödəmirlər. Hələ ki vəziyyət belədir. Yaxşıya doğru  yeniliklərin olacağına ümid edirik. Ancaq qısa zaman keçdiyi üçün hələ ki hansısa dəyişiklik olmayıb”.

Müsahibimiz Çingiz Cəlilovun zamanında onlara xeyli güzəştlərin edildiyini də bildirdi: “Həmin zamanlarda demək olar ki, hər bayram bizə əlavə pul verilirdi. Puldan başqa, rəhbərlik tərəfindən müxtəlif hədiyyələr də alırdıq. İşləmək üçün stimul yaradılırdı. Eyni zamanda o zamanlar ”Çudo Peçka"ya maraq göstərənlərin də sayı çox idi. Müştəri sarıdan korluq çəkmirdik.  Həm də o zamanlar müxtəlif endirim kampaniyaları, aksiyalar və digər bu kimi tədbirləri tez-tez keçirirdik. Son zamanlar isə bunlar olmurdu. Ümid edirik ki, işlər yenidən əvvəlki vəziyyətinə qayıdacaq".

Qeyd edək ki, hazırda bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli”  və “Neftçilər” metro stansiyalarının çıxışlarında da kafe-mağazaları var. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.