banner
banner

Dünya

Ceb Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

Ceb Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

Florida ştatının sabiq qubernatoru Ceb Buş ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırdığını bəyan edib.

Cia.az “Assoşieyted Press”ə istinadən bildirir ki, bunu o, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”, - deyə Buş bildirib. Qeyd edək ki, Ceb Buş ilkin seçkilərdə (praymerizdə) 10 faizlik həddi adlaya bilməyib.

Bundan əvvəl isə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın respublikaçılar arasında keçirilən ilkin seçkilərdə qələbə qazandığı bildirilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.