banner
banner

Dünya

Gürcüstanda qız qaçırılması insidentə səbəb olub

Gürcüstanda qız qaçırılması insidentə səbəb olub
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində qız qaçırılması insidentə səbəb olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə fevralın 19-da baş verib. Qaçırılan S. Bayramovanın valideynləri və qohumları hadisə ilə bağlı polisə müraciət edib, cinayət işi qaldırmağı və qızı qaçıranların həbs edilıməsini tələb ediblər.
Qaçırılan qızın valideynləri və yaxın qohumları bu gün polisin onların müraciətinə laqeyd yanaşdığını söyləyərək, Tiflis-Rustavi magistralını bağlamağa cəhd ediblər.  Polisin yol patrul xidməti bu cəhdin qarşısını alıb.
 
Qaçırılan qızın anası Nailə Qurbanova Gürcüstanın “Rustavi-2” kanalına açıqlamasında övladının yeri barədə polisə məlumat verildiyinə baxmayaraq, hadisə ilə bağlı axtarış aparılmadığını bildirib. Onun sözlərinə görə, qızı Marneuli rayonuna qaçırılıb.
 
Gürcüstan Daxili İşlər Nazirliyindən isə faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi qaldırıldığı bildirilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.