banner
banner

Gündəm

Keçmiş nazir indiki naziri müdafiə etdi

Keçmiş nazir indiki naziri müdafiə etdi

Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycanda test sisteminin 3 il sonra ləğv oluna biləcəyi barədəki fikirləri cəmiyyətdə geniş rezonans doğurub.

Sosial şəbəkələrdə bu fikrə etiraz edənlər test sisteminin ləğvinin yoxsul övladlarının ali təhsil müəssisələrinə qəbulunda problemlər yaradacağını bildirirlər.

Azərbaycanın keçmiş təhsil naziri Firidun Cəlilov isə Mikayıl Cabbarovun tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, ölkədə test sistemi tətbiq edilərkən bir neçə ildən sonra onun ləğvi nəzərdə tutulmuşdu: “Biz test sistemini tətbiq edəndə nəzərdə tutmuşduq ki, bir neçə ildən sonra, işlər qaydasına düşəndə o üsul ləğv olunmalıdır, ümumiyyətlə imtahan ləğv edilməlidir”.

İrəliyə getməyin vacib olduğunu deyən keçmiş nazir indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayının artacağını vurğulayıb: “Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq. Amma irəli getmək lazımdır”.

Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub təhsil nazirinin imtahanların keçirilməsi barədə qərar vermək səlahiyyətinin olmadığını bildirib: “Hesab edirəm ki, Azərbaycanın indiki şəraitində tələbə qəbulunda başqa sistemin tətbiqi mümkün görünmür. Tələbə qəbulunun Təhsil Nazirliyinə verilməsi və ya tələbə qəbulunu aparan təşkilatın Təhsil Nazirliyinin tərkibində olması tamamilə yanlış addım olardı”.

Bununla yanaşı, test sisteminin də ideal olmadığını bildirən V.Əyyub onu da əlavə edib ki, test bugünkü reallığımız üçün hələlik ən uyğun variantdır: "Biz test sistemini yaradarkən birinci il olduğu üçün vaxtımız az idi. Bu səbəbdən qəbul imtahanlarını bir mərhələdə keçirdik, ancaq sonrakı illərdə imtahanları iki mərhələli etmək fikrində idik. Birinci mərhələdə şagirdlərin bilik səviyyəsi yoxlanacaqdı. İkinci mərhələdə isə şagirdlərin seçdiyi ixtisaslar üzrə imtahanlar götürüləcəkdi. Bunu 20 ildən çoxdur ki, deyirik, təəssüf ki, diqqət yetirən yoxdur”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.