banner
banner

Sosİal

Azərbaycanda qar yağacaq

Azərbaycanda qar yağacaq

Dekabrın 14-dən 16-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata əsasən, havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Məlumata əsasən, dekabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq hava yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Dominikan Respublikasını 1930-cu ildən 1961-ci ilə qədər idarə etmiş keçmiş diktator Rafael Truxillo yaxşı insan kimi yaddaşda qalmayıb.

ANN.Az-ın məlumatına görə, buna baxmayaraq, o, ailəcanlı adam idi. tbəsi vermişdi, qızına isə kraliça tacı bəxş etmişdi.

Həyaq yoldaşına da böyük sevgisi vardı. Diktator xanımının Ədəbiyyat üzrə Nobel mükafatı alması üçün də cəhdlər etdi. Buna baxmayaraq 1-ci xanım oxumaq və yazmağı bilmirdi. Amma bu Truxilonun bu cəhdləri baş tutmadı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.