banner
banner

Gündəm

Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

Fəaliyyətinə artıq xitam verilmiş MTN-də kök salan mütəşəkkil cinayətkar qruplaşmanın dəhşətli əməllərinə dair yeni təfərrüatlar məlum olub. haqqin.az saytının xəbərinə görə Eldar Mahmudovun və onun “sağ əli” hesab edilən general Akif Çovdarovun malikanələrində aparılmış axtarış zamanı əməliyyat-istintaq qrupunun üzvləri çoxsaylı videodisklər də aşkar ediblər.

Məlum olub ki, bu CD-lərin bir çoxunda Bakıda keçmiş nazirə və onun mütəşəkkil qruplaşmasına daxil olan şəxslərə bağlı əyləncə-istirahət mərkəzlərində, otellərdə və restoranlarda çəkilmiş şantaj videoları var. Belə ki, əksəriyyəti intim xarakterli olan həmin videoların köməyi ilə imkanlı şəxslər, iş adamları, məmurlar MTN-dəki qruplaşma tərəfindən şantaj olunaraq onlardan böyük məbləğlərdə pul alınırmış.

Lakin istintaq həmin videoşantajların qurbanlarını zərərçəkən qismində istintaqa cəlb etməkdə çətinliklər çəkir. Çünki məlum səbəblərən onlar istintaqa müraciət edib Çovdarovun, Mahmudoun və digərlərinin əməllərindən şikayət etmək istəmirlər.

O da məlum olub ki, aşkarlanan CD-lərin arasında Çovdarov-Mamudov bandasının qurbanlarına işgəncələrin verilməsini əks etdirən videolardan ibarət olanları da var. Bir qayda olaraq bu qruplaşma tora saldıqları qurbanlarını tələb olunan məbləği vermək üçün yola gətirə bilməyəndə dəhşətli işgəncələrə məruz qoyurdu və bu səhnələr işgəncə otaqlarında quraşdırılmış gizli videokameralarla lentə alınırdı. Mənbələr bildirir ki, söhbət Çovdarovun gizli həbsxana kimi istifadə etdiyi məkanlarda çəkilmiş işgəncə görüntülərindən gedir.

Məlumata görə qruplaşma Bakının bir çox məşhur otel və restoranlarında, priton kimi istifadə edilən məkanlarında sahiblərini təhdid etməklə gizli kameralar quraşdırıbmış. Habelə Bakının bahalı şadlıq saraylarında keçirilən dəbdəbəli toy mərasimlərinin CD-ləri də Çovdarovun malikanələrindən aşkarlanan videokompromatlar sırasındadır. Görünür qruplaşma həmin toyların videokadrlarına baxmaqla ovlamaq üçün imkanlı şəxsləri seçirmiş...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.