banner
banner

Sağlamlıq

Xərçəngi 16 saata yox edən bitki kəşf olundu

Xərçəngi 16 saata yox edən bitki kəşf olundu

ABŞ-ın Kaliforniya Universitetinin onkoloqları orqanizmdəki xərçəng hüceyrələrinin 98 faizini 16 saat ərzində məhv edən bitki tapıblar.

Maraqlı budur ki, xərçəngə qarşı ən səmərəli mübarizə vasitəsi hamımızın yaxşı tanıdığı “birillik yovşan” və ya “Artemisia Annua” deyilən adi alaq otudur.

Mütəxəssislər bildirirlər ki, 16 saat ərzində xərçəng hüceyrələrinin 98 faizini məhv etməyə qadir olan yovşan təkbaşına bədxassəli şişlərin yalnız üçdə bir hissəsini məhv edir, amma dəmir preparatları ilə birlikdə orqanizmi tamamilə bu xəstəlikdən təmizləyir. Ekspertlər yovşanın şəfalı xassələrini ağciyər xərçənginə tutulan könüllülər üzərində sınaqdan keçiriblər. Nəticə onları heyrətləndirib: eksperimentin bütün iştirakçıları sağlamlıqlarını mürəkkəb terapiyadan keçmədən bərpa ediblər.

Alimlər vurğulayırlar ki, “Artemisia Annua” insanlar üçün tamamilə təhlükəsizdir. Bu alaq otu seçim üsulu ilə işləyir, sağlam orqanlara və toxumalara toxunmadan bilavasitə bədxassəli şişləri məhv edir. Buna görə də yovşanı xərçəng şişinin inkişafının istənilən mərhələsində heç bir fəsad riski olmadan qəbul etmək olar.

Alimlərin yeni kəşfindən sonra dünyanın ən iri əczaçılıq şirkətlərindən biri yovşanın əsas komponenti olan artemizininin istehsalını qat-qat artırmağı vəd edib. Bundan sonra əczaçılar hər il təqribən xərçəngə qarşı 60 ton səmərəli dərman istehsal edəcəklər. Bu da onkoloji xəstəliklərin müalicəsində böyük sıçrayış etməyə və milyonlarla insanı ölümdən xilas etməyə imkan verəcək.(Azərtac)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.