Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gələcək. Lakin bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüzdür.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.