banner
banner

Dünya

İŞİD 10 nəfəri girov götürdü

İŞİD 10 nəfəri girov götürdü

İraq və Suriyada fəaliyyətə başlayan və bütün dünyanın başına bəla olan İŞİD terror qruplaşması barədə növbəti şok iddia yayılıb.

ANS PRESS-in məlumatına görə, Avstraliyanın Sidney şəhərində İŞİD qruplaşmasının üzvləri kafelərdən birində 10 nəfəri girov götürüb.

Hadisə şəhərin mərkəzindəki “Martin Place” prospektində fəaliyyət göstərən “Lindt” kafedə baş verib.

Şahidlərin bildirdiyinə görə, pəncərənin qarşısında dayanan girovların əllərində İŞİD bayraqları var və onlar bu bayraqları yelləməyə məcbur edilirlər.

Terrorçuların 2 nəfər olduğu, təhlükəsizlik səbəbindən ətrafda olan yaşayış binalarının təxliyyə olunduğu bildirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.