Ermənistan vətəndaşı Rusiyanın paytaxtında güllələnib.
CİA.Az ANS PRESS-ə istinadən məlumatına görə, qətl hadisəsi bu gecə Moskvanın cənubunda baş verib.
Hüquq-mühafizə orqanları erməninin öz evinin yanında öldürüldüyünü bildirir. Naməlum şəxs ona yaxınlaşaraq odlu silahdan bir neçə dəfə atəş açıb. Kimliyi müəyyən edilməyən qatil işini gördükdən sonra dərhal gizlənib.
Xəstəxanaya yerləşdirilən 50 yaşlı erməni miqrant bir neçə saatdan sonra dünyasını dəyişib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.