banner
banner

Sağlamlıq

Arıqlamağın ən asan üsulu tapıldı

Arıqlamağın ən asan üsulu tapıldı
Arıqlamağın ən asan üsulu tapılıb. Alimlər sübut ediblər ki, yumurta ilə arıqlamaq mümkündür. 
Son zamanlar belə bir düşüncə mövcuddur ki, toyuq yumurtası xolesterin mənbəyidir. Hətta yumurta çox ağır və kalorili qidadır. Lakin Liverpul Universitetinin alimi doktor Nikolas Xarman yumurta üzərində kiçik bir təcrübə keçirərək sübut edib ki, gün ərzində iki yumurta yemək qanda xolesterinin qalxmasına səbəb olmur. Alimlər təcrübə üçün orta yaş həddi 44 olan 450 nəfər insanı 2 qrupa ayırıblar. 1-ci qrup 12 həftəlik yumurtasız pəhriz , 2-ci qrup isə gün ərzində iki yumurta yeməklə pəhriz saxlayıb. 1-2 həftədən sonra hər iki qrup demək olar ki, eyni nəticəni göstərib, 3,5 və 4,5 kilo itirib. Bununla yanaşı, hər iki qrup insanın qanında xolestrenin səviyyəsi 0,2- 0,16 % azalma müşahidə olunub.  
Bu nəticədən sonra mütəxəssislər belə qərara gəliblər ki, arıqlamaq istəyən insanlar yumurtadan imtina etməsinlər. Digər tərəfdən də yumurta proteindir, idmanla məşğul olduğunuz zaman qısa bir müddətdə yaxşı bədən forması yaratmağa, əzələləri möhkəmləndirməyə köməklik edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.