banner
banner

Gündəm

Azərbaycanda multimilyonerlərin sayı açıqlandı

Azərbaycanda multimilyonerlərin sayı açıqlandı

Azərbaycan multimilyonerlərin sayının ən sürətlə artdığı ölkələrdən biridir.

Bu barədə daşınmaz əmlak üzrə Londonda mənzillənmiş nüfuzlu beynəlxalq şirkət  olan Knight Frank LLC-nin “The Wealth Report” adlı hesabatında göstərilir.

2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb. Multimilyonerlərin sayı isə 5500 nəfər azalıb. 2015-ci ilin sonlarına olan məlumata görə dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var. Ötən il belələrinin sayının azalması fond indekslərinin aşağı düşməsi, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsi, habelə neftin və digər xammalın kəskin ucuzlaşması ilə bağlıdır.

Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onlarıns sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib. Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur. Varlıların sayının ən sürətli artdığı ölkələr arasında birinci yerdə Monqolustan gəlir-2005-ci ildən bu yana həmin ölkədə multimilyonerlərin sayında 475 faiz artım olub. İkinci yerdə isə 444 faiz artımla Azərbaycan gəlir. Vyetnam 354 faizlə üçüncü yerdədir.

Sənəddə deyilir ki, 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dollar və daha çox olan şəxslərin sayı təqribən 1000 nəfər olub, 2015-ci ildə isə belələrinin sayı 5600 nəfərə çatıb. Maraqlıdır ki, neftin kəskin ucuzlaşmasına baxmayaraq 2014-cü ilə nisbətən multimilyonerlərin sayı 2015-ci ildə daha 100 nəfər artıq olub.

Hesabata əsasən 2015-ci ilin sonlarında rəyi soruşulan varlıların yarıdan çoxu hesab edib ki, onların sərvəti qarşıdakı 10 ildə daha az olacaq. Latın Amerikadan olan varlıların hamısı, Rusiya və MDB respublikalarından olan varlıların isə 50 faizi belə düşünür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.