Bir müddətdir, xərçəng xəstəliyindən müalicə olunan Türkiyənin tanınmış aparıcısı Seval Akbaba dünyasını dəyişib. Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, TRT-də “Sokak lezzetleri” verilişini aparan Seval səhər saatlarında keçinib. Aparıcının ölümü barədə məlumatı sosial şəbəkədə prodüser Tunahan İlbars onunla birlikdə olan fotosunu paylaşaraq yayıb:
“Bir neçə il əvvəl həyatıma daxil oldu. Əvvəlcə aparıcım idi. Sonra dostum, can yoldaşım və sirdaşım oldu. Bu gün bacımı itirməyin dərin kədərini yaşayıram. Seval tanıdığım ən təmiz, dürüst, yaxşı insanlardan idi. “Qanadsız mələk” idi. Deyiləsi o qədər sözüm var ki... Səni həmişə bu fotodakı kimi xatırlayacağam. Səni çox sevirəm...”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.