İngiltərənin "Çelsi" klubunun Azərbaycanda rəsmi fan-klubu açılıb. Bu haqda Qol.az-a fan-klubdan bildirilib. Bakıdakı “Çelsi” azarkeşləri tərəfindən London klubunun fan-klublarla iş üzrə departamentinə ünvanlanan məktuba müsbət cavab verilib.
Fan-klub rəsmən 23 oktyabr 2015-ci il tarixdə qeydiyyatdan keçib, dünən isə klubun rəhbəri Bryus Bakın imzası ilə rəsmi sertifikat və kapitan Con Terrinin imzası ilə salamlama məktubu göndərilib. Fan-klubun feysbuk səhifəsinin linki də "Çelsi"nin saytında yerləşdirilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.