banner
banner

Dünya

1 il sonra kosmosdan qayıtdılar

1 il sonra kosmosdan qayıtdılar
Beynəlxalq Kosmos Stansiyasında bir il çalışdıqdan sonra amerikalı astronavt Scott Kelly və rus kosmonavt Mixail Kornienko Yer kürəsinə qayıdıb. 
51 yaşlı Kelly və 55 yaşlı Kornienko 3,5 saatlıq uçuşdan sonra Qazaxıstana eniblər. Kelly onu qarşılayanları salamladıqdan sonra “normal hava almaq gözəl bir şeydir” deyib. Kelli və Kornienko dünyanın ətrafında 5 min 440 dəfə fırlanıb, kosmosda 232 milyon kilometr yol gedib və 10 min 880 gün Günəşin doğuşunu və batmasını izləyib. Kelly kosmosda ən uzun müddət qalan amerikalı olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.