banner
banner

İdman

Elvin Camalov: “Zədəm ciddi deyil”

Elvin Camalov: “Zədəm ciddi deyil”

"Qəbələ”nin futbolçusu Elvin Camalov Azərbaycan Kubokunda "Zirə” ilə 1/4 final matçını başa çatdıra bilməyib. Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, 21 yaşlı yarımüdafiəçi 84-cü dəqiqədə aldığı zədə üzündən meydanı xərəkdə tərk etməlı olub. Baş hakim Rəhim Həsənov Elvinə qarşı kobud oyuna görə "Zirə”nin futbolçusu Vüqar Mustafayevə sarı vərəqə göstərib.

Elvin  açıqlamasında vəziyyəti haqda məlumat verib: "Şükür Allaha ki zədəm ciddi deyil. Düzdür, ayağımda bir az şiş var, ağrılar qalıb. Ancaq ümumulikdə vəziyyətim yaxşıdır. Rəqib topuq nahiyəmdəki sümüyümü zədələyib. Qarşıdakı turda oynayıb-oynamayacağımı sabah komanda ilə birgə məşqə çıxandan sonra dəqiq biləcəyəm. Həkimlər icazə versə, çox güman, qarşıdakı matçda meydana çıxa biləcəyəm”.


Qeyd edək ki, "Qəbələ”nin növbəti oyunu Premyer Liqanın 24-cü turunda martın 5-də səfərdə "Neftçi” ilə olacaq. Camalov limiiyə uyğun gələn futbolçu olduğundan meydana çıxa bilməzsə, onu qaydalara görə 21 yaşadək futbolçu əvəzləməlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.