banner
banner

Şou

Elton Con oğullarını 280 milyonluq mirasından məhrum etdi

Elton Con oğullarını 280 milyonluq mirasından məhrum etdi
Dünya şöhrətli musiqiçi Elton Con həmcinsi Devid Fernişlə olan oğulları ilə bağlı mühüm qərar qəbul edib. 
Musiqiçi övladlarının gələcəkdə onun çoxmilyonluq sərvətinə heç bir iddia edə bilməyəcəklərini deyib. Bununla da Elton onları əməyə və müstəqil yolla pul qazanmağa öyrəşdirməyə çalışdığını söyləyib: 
“İstəyirəm ki, oğlanlarım özləri pul qazanmağı öyrənsinlər. Əlbəttə, istəmərəm, onların nəyəsə ehtiyacları olsun. Başa düşməlidirlər ki, onlar adi ailədə böyüyürlər və normal həyatları ola bilər. Biz Devidlə onlara əməyə hörməti öyrədəcəyik. Mənim özüm indi nə qazanmışamsa, hamısı öz zəhmətim hesabına olub. Uşaqlarım da öz pullarını özləri qazanmalıdırlar”. 
Qeyd edək ki, 280 milyon dollarlıq sərvəti olan Elton Con və Devid Ferniş gələcəkdə övladlarının bu mirasdan məhrum edilməsi haqda vəsiyyət də hazırlayıblar. Onlar bu pulu xeyriyyə təşkilatlarına bağışlayacaqlar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.