banner
banner

Gündəm

Nazir işçini qanunsuz əməlinə görə qovdu

Nazir işçini qanunsuz əməlinə görə qovdu

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabada səfəri zamanı vətəndaşlardan daxil olan bəzi şikayətləri yerindəcə araşdırıb.

Cia.az-ın məlumatına görə, məlum olub ki, Sabirabad rayon poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı Salamulla Sultanov vətəndaşlara poçt vasitəsilə ödənilməli olan maliyyə vəsaitlərini qanunsuz olaraq gecikdirirmiş.

Nazirin tapşırığı ilə vətəndaşlara olan bütün borclar dərhal ödənilib. Əməliyyatçı S. Sultanov isə işdən azad olunub.

Sabirabad rayon poçt filialının rəisi Şiraslan Qasımov problemi vaxtında aşkarlamadığı və lazımi tədbir görmədiyi üçün ona sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilib.

Telekommunikasiya və poçt sahəsi ilə bağlı vətəndaşlarla görüşdükdən sonra nazir Sabirabad, Hacıqabul, Saatlı və Şirvan Telekommunikasiya qovşaqları və Poçt Filiallarının rəisləri ilə müşavirə keçirib.

Müşavirədə vətəndaşlardan daxil olan şikayətlər təhlil olunub. Bildirilib ki, bu şikayətlərin əksəriyyəti əsaslıdır və onlar barəsində müvafiq tədbirlər görülməli, işdə ciddi dönüş yaradılmalı, mövcud imkanlardan maksimum istifadə edərək vətəndaşlara layiqli xidmət göstərilməlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.