banner
banner

Hərbİ

Azərbaycan qırıcıları Türkiyə səmasına qalxacaq

Azərbaycan qırıcıları Türkiyə səmasına qalxacaq

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, martın 7-dən başlayacaq “TURAZ Şahini – 2016” təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konyadakı aviabazaya gediblər.

Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər martın 25-dək davam edəcək. Artıq ikinci dəfədir Türkiyədə keçiriləcək müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.