Xiyar şirəsi çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər.
Cia.Az saglamolun.az-a istinadən bildirir ki, yalnız təbii şəraitdə yetişdirilmiş xiyar və onun şirəsi orqanizmə fayda verə bilər. Şirə çəkdikdə xiyarı soymaq tövsiyə edilmir - xiyarı qabığında bir çox faydalı maddələr var. - Xiyar şirəsi təbii sidikqovucudur. Şirə sidik kisəsini və sidik yolları yaxşı təmizləyir, burada yığılan duzları xaric edir. Lakin əgər sizdə böyrək daşı xəstəliyi varsa, xiyar şirəsindən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşir. - Xiyar şirəsi ürək-damar sistemi üçün də çox xeyirlidir - arterial təzyiqi normallaşdırır, ürəyə olan gərginliyi azaldır, damarları təmizləyir. - Xiyar şirəsi sakitləşdirici təsirə malikdir. Streslər, depressiyalar zamanı xiyar şirəsi təbii sakitləşdirici vasitə kimi istifadə oluna bilər. - Xiyar şirəsi orqanizmdən sidik turşusunu xaric edir və bu səbəbdən revmatik xəstəliklər, podaqra zamanı da çox faydalıdır. - Xiyar şirəsi bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliklə mübarizədə kömək edir, bağırsaqları yaxşı təmizləyir. - Xiyar şirəsi - Xiyar şirəsi ilə bağırsaqları təmizləyən və arıqlamağa kömək edən xüsusi kokteyl hazırlamaq olar - 1/2 stəkan xiyar şirəsi, 1/2 stəkan qatıq yaxşı qarışdırılır, ora 1/2 diş sarımsaq sıxılır və bir az xırda doğranmış şüyüd əlavə olunur. Kokteyl gün ərzində 1-2 stəkan olmaqla qəbul etmək olar. - Xiyar şirəsi nəfəs yolları selikdən təmizləyir. Bu səbəbdən xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi və digər nəfəsalma sistemi xəstəlikləri zamanı bal əlavə olunmuş xiyar şirəsini içmək lazımdır. - Xiyar və xiyar şirəsi üz dərisinə də çox müsbət təsir edir - dərini hamarlayır, ağardır, cavanlaşdırır, daha yumşaq və elastik edir. Dərinin gözəlliyi üçün xiyar şirəsini həm daxilə qəbul etmək, həm də xiyar şirəsi ilə kosmetik maskalar etmək olar. Bunun üçün pambıq parça təzə sıxılmış şirədə isladılır və təmiz üz dərisinə qoyulur. 20 dəqiqədən sonra parçanı götürün. Bir neçə belə sadə prosedurlardan sonra siz dərinizin rənginin və vəziyyətinin xeyli yaxşılaşmasını hiss edəcəksiniz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.