Ankarada iki ailə arasında silahlı münaqişə 18 nəfərin yaralanmasına səbəb olub.
Martın 6-da Ankaradakı məhəllələrdən birində iki ailənin üzvləri arasında əmlak mübahisəsi üzündən münaqişə yaranıb. Silahlı münaqişədə hər iki ailədən 18 nəfər odlu silahla yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım maşınlarının cəlb olunduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.