Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı gözlənilən Yaya Tureyə təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu ABŞ klublarının maraq dairəsinə düşüb.
Amerikanın bir neçə klubu Fil Dişi Sahili yığmasının üzvü ilə danışıqlara hazırdır. Ture bu klublardan biri ilə anlaşacağı təqdirdə yeni mövsümdən MLS Liqasında çıxış edəcək.
Qeyd edək ki, daha öncə Turenin meneceri Dmitri Selyuk yayda Pep Qvardiolanın "Mançester Siti"nin baş məşqçi vəzifəsinə keçidindən sonra futbolçunun komandadan ayrılacağını açıqlayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.