Sevgilisindən müğənniyə 400 minlik hədiyyə - FOTOLAR
Müğənni Linet 41-ci ad gününü qeyd edib. İfaçıya fransız sevgilisi 400 min avro dəyərində “Porsche” hədiyyə edib. Sevgilisi və dostları ilə birlikdə Nişantaşında özünə ad günü keçirən Linet “41 dəfə Maşallah olsun” deyərək tortun şamlarını üfürüb. Müğənni bu il ailə qurub, uşaq sahibi olmağı arzuladığını bildirib. Linet sevgilisinin 400 min avroluq hədiyyəsindən də danışıb: “Əslində buna təkcə ad günü hədiyyəsi də demək olmaz. Bu həm də toy hədiyyəmiz olacaq”.
Linet bəd-nəzərdən qorunmaq üçün toy tarixini açıqlamayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.