Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizdə səfərdə olan italiyalı media nümayəndələri - İtaliya Mətbuat Şurasının üzvü, «Terra» qəzetinin rəhbəri Sercio Bellucci və «İl sole domenika» qəzetinin baş redaktoru Armando Massarentti ilə görüşüb.
CİA.Az Mətbuat Şurasına istinadən xəbər verir ki, görüşdə avropalı qonaqlara Şuranın iş prinsipləri barədə məlumat verilib.
Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb. Əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan MŞ ötən müddətdə bir sıra nüfuzlu beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da sürətləndirilməsinə xüsusi önəm verilib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindən ətraflı söz açıb.
İtaliyalı qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti barədə, eləcə də bu ölkədə medianın durumu ilə bağlı məlumatlar veriblər. Mövcud istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.