Rusiyalı müğənni Nataliya Çistakova- İonova ( Qlükoza) “Maxim” kişi jurnalının mart nömrəsinin siması olub. Onun jurnala verdiyi pozalar böyük müzakirə mövzusuna çevirilib.
Müğənninin sözügedən fotoları fanatları tərəfindən birmənalı qarşılanmayıb.
29 yaşlı Nataliya müsahibəsində soyunmağın müğənni üçün normal bir şey olduğunu söyləyib:
“Müğənni üçün soyunmaq normal şeydir. Bütün dünyada ulduzlar belə addım atırlar. Lakin real həyatla səhnədəki obrazı fərləndirməyi bacarmaq lazımdır. Müğənni olmasaydım belə açıq-saçıq fotolar çəkdirməzdim”.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.