Əməkdar artist Firuzə İbadovanın ailəsində illər əvvəl faciə baş verib. Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan müğənni qardaşının həyat yoldaşının eyvandan yıxılıb dünyasını dəyişdiyini bildirib: “Böyük qardaşımın yeganə oğlu Naxçıvanda əsgərlikdə idi. Uşaq ezamiyyətə gələndə qonşular qaçıb anasına deyir ki, Ceyhun gəlir. Həmin anda da qardaşımın yoldaşı ipdən paltar asırmış. Necə tələsibsə, paltarının düyməsi ipə ilişib, nə qədər edib çıxara bilməyib. İp onu dartıb. Yeddinci mərtəbədən yıxılmışdı. 39 yaşında elə oğlunun qollarında məzara getdi. O qədər övladının həsrətini çəkirdi... Çox böyük faciə idi. İndi də deyirlər ki, o gəlin şəhid oldu”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.