banner
banner

Sağlamlıq

Təzyiq yaradan AMİLLƏR

Təzyiq yaradan AMİLLƏR

Əhali arasında ən çox yayılan xəstəliklərdən biri də təzyiqin olmasıdır. İnsanların demək olar ki, əksəriyyəti təzyiqin çoxluğu və ya azlığından əziyyət çəkir. Bununla bir çox müalicələr alır, pəhriz saxlasa da tam olaraq müalicəsi mümkün olmur. Bu baxımdan təzyiqlə mübarizə aparmaq üçün əhali arasında müxtəlif xalq təbababəti üsulları da mövcuddur. Bu da təzyiqin kifayət qədər geniş yayılmasına sübutdur.

Cia.Az deyerler.org-a istinadən bildirir ki, həkim-genetik Eldəniz Bayramovun dediyinə görə, ölkədə təzyiqi olan insanların sayında ciddi artım var: "İnsanların təzyiqinin olmasının bir çox səbəbi var. İlk olaraq ekoloji natarazlıq amilini vurğulamaq yerinə düşər. Daha sonra stres, qidalanma kimi amillər də xüsusi olaraq təzyiqin yaranmasında rol oynayır. Son vaxtlarda insanların sinir sistemi daha da gərgin olub. Dünyada gedən müharibələr insanların gərginləşməsinə səbəb olur.
Digər tərəfdən insanların sürdüyü həyat tərzləri də çox ciddi neqativ təsir edir. Kompüter, telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onların verdiyi şüalanma heç də az təsir etmir. Artıq insanların genetikasında dəyişikliyin yaranmasına start verilib. Əvvəllər kitablarda yazılan xəstəliklərlə indiki dövrdə olan analoji xəstəliklərlə uyğunluq təşkil etmir.
Bu baxımdan hər bir xəstəyə fərdi yanaşırıq. Onu da qeyd etmək lazımdır ki, anaların hamiləliyi zamanı xanımlarda gedən bir çox proseslər uşaqlarda öz neqativ təsirini qoyur. Bu baxımdan hamilə xanımlar mütləq öz səhhətlərinə diqqət etməlidirlər. Əvvəllər təzyiqi olan xəstələr 45 yaşdan yuxarı olan insanlarda təsadüf edilirdi. İndi isə artıq 25 yaşlı gənclərdə də təzyiqdən əziyyət çəkən şəxslərə rast gəlirik".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.