Moskvada kafelərdən birində tərəflər arasında baş verən mübahisə ölümlə nəticələnib.
ANS PRESS-in məlumatına görə, Moskvanın cənub-qərbində bir insanın ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qanlı olay yaşanıb.
Hadisə gecə saatlarında kafelərdən birində baş verib. Şəhərin Vilnüs küçəsində odlu silahdan atəş açıldığı barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Yerli polis dərhal hadisə baş verən əraziyə göndərilib.
Hadisə zamanı silah çəkərək mübahisə etdiyi şəxsləri öldürən şəxs polisin ciddi cəhdi ilə yaxalanıb.
Əlisilahlı şəxs bir neçə nəfər arasında baş verən davada özünümüdafiə üçün qarşı tərədə atəş açdığını bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.