Müğənni Emre Altuğ keçmiş həyat yoldaşı, aparıcı-model Çağla Şikelə qiymətli hədiyyə bağışlayıb. Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, alış-veriş zamanı görüntülənən Çağla yeni boyunbağısı ilə diqqət çəkib. O, aksesuarın Emrenin bu yaxınlarda vəfat edən anası Gülçin Altuğa aid olduğunu bildirib: “Bu, Emrenin anasınındır. Ölümündən sonra Emre mənim boynumda qalmasını istədi”. Çağla yenidən ana olmaq istəməsindən də danışıb: “Mənə qız uşağını daha çox yaraşdırırlar. Amma onu indi dünyaya gətirsəm, yaraşıqlılar (oğullarını nəzərdə tutur – red.) onun başını əzərlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.