banner
banner

Dünya

Ankara terroru dünya mətbuatında

Ankara terroru dünya mətbuatında
Türkiyənin paytaxtı Ankarada törədilən terror aktı dünya mətbuatında “son xəbər” kimi təqdim olunub.
Musavat.com-un məlumatına görə, dünyanın bir çox ölkələrinin mətbuat orqanları baş vermiş partlayışı geniş şəkldə işıqlandırıb.
BBC News yazır: Ankaradakı partlayışda onlarla adam öldü. İlkin məlumatlara əsasən ölənlərin sayı 25 nəfərdir. Baş verən terror nəticəsində 75 nəfər yaralanıb. Türkiyənin təhlükəsizliyi təhdid altındadır. Ankarada 6 ayda 3 terror aktı törədilib. 
 
"AFP" tvitter sosial şəbəkəsində Ankara terrorunu “son dəqiqə” xəbəri olaraq təqdim edib. Terakt nəticəsində çox sayda adamın öldüyü və yaralandığı bildirilib. 
 
"Associated Press" xəbər agentliyi isə yazıb ki, Ankaradakı partlayışda 27 nəfər həyatını itirib.
 
"Al Arabiya" xəbər saytı TRT-yə istinadən verdiyi məlumatda partlayışın avtobusla minik maşınının toqquşmasından sonra baş verdiyini yazıb. 
 
İngiltərənin "The Telegraph" qəzeti yazıb: Türkiyənin paytaxtında böyük bir bomblı hücum təşkil olunub. Çox sayda ölən və yaralanan var. 
 
Ankara terroru Rusiya mətbuatında da geniş yer alıb. Rus mətbuatı xəbərləri diqqətlə izləyərək yeni detalları operativ şəkildə təqdim edib. 
 
"Guardian" yazıb: Ankara böyük bir partlayışla sarsıldı. Nəqliyyat vasitələrinin dayanacağına yaxın baş vermiş partlayışda 27 nəfər həyatını itirdi. Təhlükəsizlik qüvvələrinin açıqlamasına əsasən, partlayış bomba yüklü maşınla törədilib. 
Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən ölənlərin sayı 34 nəfərdir. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.