Əvvəllər daha çox şou-biznes nümayəndələri, aktyor və aktrisalar, idmançılar arasında geniş yayılan “tatu xəstəliyi” artıq sıravi insanları da öz cənginə alıb. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da döymələrdən istifadə etmək dəb halını almaqdadır.
Maraqlısı həm də odur ki, ölkəmizdə döymələrə gənc qızlar və xanımlar da maraq göstərir. Xanımlar əsasən lələklərə, kiçik naxışlara, oğlanlar isə yapon hərfləri, heyvan başları, qılınc şəkillərinə müraciət edirlər.
Hazırda dünyanın bir çox inkişaf etmiş ölkəsində, xüsusən də Amerikada döymə sektoru böyükdür. Hesablamalara görə, hər il bu dükanlarda təxminən 1.85 milyard dollar sərf olunur. Lakin Amerikanın rəsmi, dövlət işlərində işləyən şəxslərin döymələrdən istifadə etməsində bir sıra qadağalar var. Türkiyədə də döymələr kütləvi hal almağa başlayıb. Qardaş ölkənin bir sıra kəndləri var ki, o kəndlərdə döymənin xüsusən qadınlar tərəfindən qadınlara edilməsi bir ənənədir. Döymə xüsusən iki qaşın arasına və dodaq altına edilir, mənası isə böyük bir tayfanın ən böyük xanımı deməkdir.
Döymə ustası Tuncay Həsənoğlu döymənin təhlükəsizlik qaydaları barədə “Yeni Müsavat”a danışıb:“Döymələrdən yalnız bir halda insanlara xəstəlik keçə bilər, iynə əgər dəyişdirilmirsə və yaxud digər müştəridən qalan mürəkkəbi başqasına tətbiq edəndə. Döymə zamanı istifadə edilən bütün ləvazimatlar yalnız birdəfəlik üçün nəzərdə tutulmalıdır. Əks halda SPİD və digər xəstəliklər birindən digərinə keçə bilər”.
Döymə ustası qiymətlərdən də söz açıb: “Qiymətlər 50 manatdan başlayır. Qiymətlər döymələrin formasına, rənginə əsasən 3000-5000 manatadək arta bilir. Ağ-qara rəngli döymələr daha ucuz olur. Lakin son vaxtlar yaranmış devalvasiyadan sonra qiymətlərdə gözə çarpacaq artım var. Çünki ləvazimatları, mürəkkəbi xaricdən alırıq”.
Döymə ustası döyməni silmək arzusunda olanların azlıq təşkil etdiyini deyib: “Əsasən əsgərlikdə adi iynə ilə döymə edənlər sonradan bu döymələrdən azad olmağa çalışırlar. Və yaxud dövlət işlərində çalışanlar işlərinin xətrinə döymələrini silmək məcburiyyətində qalırlar”.
Bəs döymələr, “tatu”lar dinimizdə necə qarşılanır? İlahiyyatçı Bəhruz Camal “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qurani-Kərimin ayə və hədislərində “tatu”nun haram olması ilə bağlı məlumat yoxdur: “Tarixə nəzər salsaq görərik ki, bir çox müsəlman ölkələrində ”tatu", döymə ənənələri var və bu minvalla cəmiyyətə sublivan mesajlar çatdırılır. Amma İslam dinində qeyd edilir ki, ehtimal olunan zərərin belə qarşısı alınmalıdır, üsul elminə istinadən. Bu elmə əsasən əgər hər hansı bir işdə onun zərəri ehtimalı varsa belə, onun qarşısı alınması zəruri sayılır. Bu barədə İslam mütəfəkkirlərinin kifayət qədər açıqlamaları var. Peyğəmbərimizin (s.ə) hədislərinin birində deyilir ki, İslam dinində nə özünə, nə də başqaların zərər yetirmə var. Bu hədisi də rəhbər tutaraq bütün qeyri-adi, insanın özünə və ətrafına zərər verəcək bütün işlərin haram olması və qarşısı alınması nəticəsi əldə edirik. “Tatu”nun zərərli olması tibbi baxımdan da isbat olunub. Döymələr dəri xərçəngi, xora xəstəliyi və s. bu kimi pis xəstəliklərin yaranmasına səbəb olur.
“Tatu” döydürməyin mahiyyəti nədir? Baxıb görürük ki, bu iş özü özlüyündə puç və bekar bir işdir, yəni heç bir mahiyyət kəsb etmir. Əgər kimsə “tatu”, döydürmə edirsə deməli onun hansısa psixoloji problemləri, özünü təsdiq kompleksi var. İctimaiyyətdə bu insan özünü təsdiq edə bilmir, beləliklə “tatu” etdirməklə fərqli görünmək görünməyə çalışır.
Eyni zamanda ictimai, sosial cəhətdən də bu məsələ birmənalı qarşılanmır. Çünki döymələrin bəzi sublivan mesajları var. Qeyri-adi firqələr, təriqətlər, qeyri-səmavi dinlər müəyyən tatuajlar, döymələr vurduraraq sanki öz iç dünyalarını, öz əqdilərini cəmiyyətə çatdırmaq istəyirlər. Məsələn, Satanizmi buna misal göstərmək olar.
Bütün bunları nəzərə alaraq “tatu” və döymələrdən çəkinməyin zəruri, bəyənilməyən işlərdən hesab edə bilərik. Çünki İslam dininə görə, hər bir işin mahiyyəti olmalıdır. Quranda puç və əbəs iş görənlər tənqid olunur, hətta bəzi hədislərdə bildirilir ki, belə insanlar Allahın rəhmətindən uzaq düşən insanlardır. Beləliklə “tatu” və döydürmə vurdurmağın nə dünyamız nə də axirətimiz üçün heç bir əhəmiyyət daşımadığı üçün gənclərin bu işlərdən çəkinməsi daha məqsədə uyğundur".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.