Azərbaycan-Gürcüstan sərhədindəki sıxlıq aradan qaldırıldı
Martın 13-dən 14-nə keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranıb.
Bu barədə virtualaz.org saytına Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Xəbərdə deyilir ki, bayram günləri ərəfəsində qonşu Gürcüstana səyahət edənlərin intensiv şəkildə geri qayıtması “Sınıq Körpü” gömrük postunun idxal nəzarət xəttində iş rejiminin gərginləşməsilə nəticələnib. Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olub. Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib.
Komitəsi bildirir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində vətəndaşların və nəqliyyat vasitələrinin sərbəst şəkildə keçidi təmin edilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.