banner
banner

Gündəm

“Bacımdan 10 yaş böyük idi, evli olduğunu bilmirdi...”

“Bacımdan 10 yaş böyük idi, evli olduğunu bilmirdi...”

İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısı 23 yaşlı Nigar Vahabovanın intihar etməsindən artıq 1 aydan çox vaxt keçib. 

Cia.az xəbər verir ki, mərhumənin bacısı, Aytac Vahabova “1news”a bir çox qaranlıq məqamları açıb. O, bacısının ölümünə kimlərin və nələrin səbəb olduğu barədə danışıb:

“Nigarın 2 ilə yaxın idi Bəhruz Əliyev adında görüşdüyü oğlan var idi. O, bacımdan 10 yaş böyük idi və Nigar onun evli olduğunu bilmirdi. Bundan xəbər tutan kimi, o, əlaqələri kəsdi. Bunlar 2014-cü ilin yayında olub. Daha sonra Bəhruz ona bıçaqla hədə-qorxu gəlib, təqib etməyə başlayıb. Hətta Nigarı vurub, onun bədənində qançırlar olub. Biz döyülmələr barədə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişik, hətta Bəhruzu polis şöbəsinə çağırıblar. Ancaq məsələ həll edilmədən qalıb. Hər halda, ərizəmiz üzrə araşdırma nəticələri barədə bizə məlumat verilməyib”.

Vahabova onu da bildirib ki, Bəhruz bir müddət Nigarı narahat etməyib. Daha sonra təqiblər yenə başlanıb. O, Nigarın iş yerinə gedərək nalayiq sözlər işlədib, boşanacağını deyib. Onun hərəkətləri barədə polisə şikayətlər edilsə də, nəticəsiz qalıb. Bəhruz boşandıqdan sonra Nigarın etirazlarına baxmayaraq, onu daha çox narahat edib.

Aytac Vahabovanın sözlərinə görə, bir gün Bəhruz Əliyev onların evinə gəlib və qapını bərk döyməyə başlayıb. Anası polis çağıracağını deyəndə isə Bəhruz “kimi istəyirsən çağır, onsuz da onu öldürəcəyəm” deyib.

Bacısı, fevralın 8-də, saat 12:30 radələrində Nigarın özünü asdığını qeyd edib:

“Şübhəli məqamlar çoxdur. 20 metr uzunluğu olan ipdən 1metr 40 sm-i istifadə edilib, qalanı isə itkin düşüb. Evin yaxınlığında bizim evin açarlarının dublikatı tapılıb. Bəhruzun gödəkcəsi isə cırılmışdı.Mən bu barədə müstəntiqə bildirdim . O isə “yəqin sizin ev darısqaldır” dedi”.

Aytac deyir ki, indiyədək ölümün səbəbləri barədə tibbi ekspertiza rəyi yoxdur və Bəhruz hələ də rahat şəkildə azadlıqda gəzir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.