Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib.
2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna edilən dəyişikliyə görə, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Sitat: “Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.
Amma burada bir məqamı xatırlatmaq lazımdır. Deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil omazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Əvvəlki çağırışlarda Milli Məclisin üzvlərindən bəziləri özü ilə qanuni silah gəzdirib. Amma silahlanmış deputatlardan kiminsə həyatı üçün nə vaxtsa təhlükəli hallar yaranmayıb.
II çağırış Milli Məclisdə 20-yə yaxın deputatın xidməti silahı olub.
III çağırışda Milli Məclisdən silah üçün Daxili İşlər Nazirliyinə müraciət edən deputatların sayının xeyli çox olduğu bildirilir. Amma onların əksəriyyətinin müraciətinə mənfi cavab verilib.
Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvvəlcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunaraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, nə budəfəki, nə də daha öncəki çağırışda xidməti silah üçün müraciət edən olub. Müsahibimizin fikrincə, bu, ölkədə sabit kriminogen durumun olması ilə əlaqədardır: “Buna görə də deputatlar silah gəzdirmək istəmirlər. Özlərini təhlükəsiz durumda hiss etdikləri üçün belə bir tələbləri, müraciətləri də olmayıb. Bu barədə mediaya verdikləri açıqlamalardan da belə anlaşılır ki, ölkədə həyatları üçün hər hansı təhlükə yaradan hal görmürlər. Amma mühüm bir məqamı da deməliyəm ki, müraciət də işin tam həlli demək deyil. Deputat müraciət edirsə, nazirlikdə bu müraciət araşdırılır. Araşdırma zamanı deputatın silahla davranması kimi hallar nəzərə alınır. Adi bir misal: məsələn, ömür boyu əsgərlikdə olmayan bir nəfərə silah verilməsi düzgün deyil. Əgər deputat da normativ tələblərə uyğun gəlirsə, onun silah müraciəti təmin oluna bilər".
E.Zahidov dedi ki, hüquq-mühafizə orqanları sıravi insanların, eləcə də deputatların təhlükəsizliyini yüksək səviyyədə qoruyurlar.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.