Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) erməni əslli deputatının Ankarada törədilən terror aktı barədə sosial şəbəkədə yazdığı mesaj ölkədə qalmaqala səbəb olub.
Cia.az anspress-ə istinadən bildirir ki, CHP millət vəkili Selina Doğan "Twitter" səhifəsində terrorçu kamikadzeni zərərçikmiş kimi, törətdiyi teraktı haqlı göstərib.
Kəskin reaksiyalardan sonra erməni millət vəkili "səhv başa düşüldüm" deyərək qalmaqala səbəb olmuş tviti silib.
"1992-ci il təvəllüdlü bir qadını, bədənini partladaraq ölüm saçmağa aparan səbəbləri müzakirə etmədikcə terrorla mübarizə yalandır" - deyə Selina Doğan şəxsi "Twitter" səhifəsində yazmışdı.
Doğanın sosial şəbəkədə yazdığı mesaja kəskin etiraz edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Mehmet Metiner bu tvitin, CHP-nin PKK-nı qoruduğunun dəlili olduğunu yazıb.
"Terrorçu İŞİD üzvü olsaydı eyni sözləri deməyəcək lan CHP-nin PKK terroristlərini necə qoruduğunun dəlilidir bu tvit." - deyə Metiner qeyd edib.
Etirazlardan sonra tviti silən Selina Doğan sosial şəbəkədəki səhifəsində "Səhv başa düşüldüm" - deyə qeyd edib.
CHP-nin mətbu orqanı olan "Halk" telekanalında proqram aparıcısı olan Ayşənur Aslan isə terrorçu kamikadze barədə "qızcığaz" ifadəsini işlətmişdi.
Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı "Qızılay" meydanının yaxınlığında terror hadisəsi baş vermişdi. Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölmüş, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.