banner
banner

Şou

Günel Tarkanın rejissoru ilə bir arada

Günel Tarkanın rejissoru ilə bir arada

Bəstəkar və söz yazarı Günel Sərdarqızı türkiyəli rejissor Mustafa Sarıkaya ilə əməkdaşlığa başlayıb.

O, “Qafqazinfo”ya bildirib ki, sahib olduğu prodakşn Türkiyə ilə bir neçə ildir davam edən əməkdaşlığının nəticəsidir:
“Artıq konsert və layihələrimi öz prodakşınımın adı altında həyata keçirəcəm. Bunu hər dəfə fərqli ad altında etmək düzgün deyil. İndiyədək layihələrim həmişə fərqli şirkət və kompaniyaların adı altında həyata keçib. Nəticədə iş şaxələnirdi və başqasının adına çıxılırdı. Allah hamının canını sağ eləsin, amma artıq öz şirkətimlə işləmək istəyirəm. Prodakşına aid layihələr Türkiyədə həyata keçəcək”.

Qeyd edək ki, M. Sarıkaya Türkiyədə Tarkan, Kenan Doğulu, Sertap Erener, Demet Akalın, Sıla, Murat Boz, Hadisə kimi məşhur müğənnilərlə çalışır.

O, həmçinin Sting, Ricky Martin, Spice girls, Black ice peace, Farel Uillams, PSY, Lady Gaganın Türkiyədəki konsertlərinin rejissoru olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.