“Ankaradakı terror kürd-türk müharibəsinə səbəb ola bilər”
İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından danışıb.
Virtualaz.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bərzani bildirib ki, terroru təşkil edənin PKK olduğu sübut olunsa, onda çox böyük bir fəlakət baş verəcək və problemlər artacaq: “Hələ ki araşdırmalar davam edir, amma terror hücumunu PKK-nın törətdiyi sübut olunsa, onda kürd xalqı çox böyük bir ittihamla üz-üzə qala bilər. Bu qanlı hücuma görə çox narahatam. Baş verən terror kürdlərlə türklər arasında milli zəmində müharibəyə səbəb ola bilər”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.