banner
banner

Gündəm

Əflatun Amaşov Orxan Fikrətoğluya mükafat verdi

Əflatun Amaşov Orxan Fikrətoğluya mükafat verdi

Bu gün Mətbuat Şurasında keçirilən görüşdə yazıçı-publisist Orxan Fikrətoğluya mükafat təqdim olunub.

Cia.az-a daxil olan məlumata görə, toplantıda çıxış edən MŞ sədri Əflatun Amaşov 50 illik yubileyini qeyd edən O.Fikrətoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttindən söz açıb. Deputat bildirib ki, yubilyarın çoxşaxəli diapazona malik fəaliyyətində başlıca yeri jurnalistika tutub:

“Biz Orxan Fikrətoğlunu həm də istedadlı ssenarist və rejissor kimi də tanıyırıq. O, kino işinin müasir dövrdəki ən yaxşı bilicilərindəndir. Ancaq hesab edirəm ki, digər fəaliyyət istiqamətləri çıxış nöqtəsini məhz jurnalistikadan və publisistikadan götürüb. Onun təqdimatları hər zaman düşündürüb. Düşündürdükcə də insanlar əsl həqiqətlərin nədən ibarət olduğunu daha yaxından dərk etmək imkanı qazanıblar”.

Görüşdə O.Fikrətoğluya Mətbuat Şurasının “Həqiqətə xidmətə görə” mükafatı da təqdim olunub.

Yazıçı-publisist çıxışında yaradıcılığının müxtəlif məqamları ilə bağlı fikirlərini səsləndirib, xatirələrini bölüşüb. O, əməyinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.